" QARABAĞ BİZİMDİR! BU VƏTƏN BİZİMDİR!"

27-09-2021, 20:36

" QARABAĞ BİZİMDİR! BU VƏTƏN BİZİMDİR!"

Tanınmış jurnalist, professor Qulu Məhərrəmli 27 sentyabr anım gününü, dostları ilə birlikdə, Şəhid Denis Proninin ailəsinə baş çəkməklə keçirib. Qulu müəllim görüş təəssüratlarını Facebook dostları ilə belə bölüşüb:

Bu gün dostlarla birgə, II QARABAĞ müharbəsində şəhid olmuş DENİS PRONİNİN ailəsinə baş çəkdik. Həyat yoldaşı Aynurə xanım və istəkli qızı Alina gəlişimizə çox sevindilər. İbtidai sinif müəlliməsi olan Aynurə xanım göz yaşları içərisundə Denisin bioqrafiyasını danışdı, Polad Həşimov həlak olandan sonra Orduya könüllü getdiyini dedi. Onun Azərbaycan sevgisinin ifadəsi olan çox maraqlı detalları bizə çatdırdı. Onları tək qoymayan dostlara da minnətdarlıq etdi, oktyabrın 8-də Denisin ad gününü qeyd etməyə hazırlaşdıqlarını dedi…
P.S. Bu gün ANIM günü çox izdihamlı keçdi, təkcə şəhidlərimizi yad etmədik, həm də bir daha Vətən hissi, birgəlik duyğusu yaşadıq.
QARABAĞ BİZİMDİR! BU VƏTƏN BİZİMDİR!




Facebook'da Paylaş