Təbrik edirik! 70 müdriklik yaşıdır...
Təbrik edirik! 70 müdriklik yaşıdır... Bu gün Sədərək döyüşlərinin fəal iştirakçısı, Zəngəzur mahalı Kirs-Kurud İcmasının sədri, tarixçi Səxavət Hacıyevin doğum günü, həm də 70 illik yubiley günüdür. Bu münasibətlə onun ünvanına yüzlərlə təbrik gəlib. O təbrikləri ümumiləşdirərək biz də qoşulmaqla bir neçəsini təqdim edirik:
Tibb üzrə fəlsəfə doktoru Qiyas Hüseynov yazır: Hörmətli Səxavət müəllim, Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm! Sizin bu günkü yubileyiniz sıradan bir yubiley- ad günü deyil. Siz buna qədər həyatın hər çətinliyi ilə üzləşsəniz də ləyaqətli və şərəfli bir həyat yolu keçmısınız və bu gün də həmin yolu davam edirsiniz. Gözəl ailə başçısı olmaqla yanaşı, müdrik bir ağsaqqal kimi Sizi tanıyanların dərin hörmətini qazanmısınız.
Bu möhtəşəm gününüzdə Sizi bir daha təbrik edir, can sağlığı, firavan həyat, elimiz obamız üçün gördüyünüz işlərdə uğurlar arzulayıram!
Bu təbriklər arasında uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, gözəl qələm sahibi Məryəm xanım Gəncəliyevanın da ürək sözləri var: “Bir millətin ziyalısı, alimi, ağsaqqalı nə qədər çox olarsa , həm də sözü ilə, əməli ilə xalqına xidmətdə olarsa, xoş olsun o xalqın, millətin halına. Elm adamı öz xalqının görən gözüdür, düşünən beynidir. O, nuru ilə, ziyası ilə varlığını sübut edir. Səxavət müəllim həm sosial şəbəkələrdə, həm də televiziya kanallarında alicənab vətən oğlu olduğunu sübut edib, Qərbi Azərbaycanın azərbaycanlıların yaşayış məskəni olduğunu dünyaya bəyan edib.
Səxavət müəllim, sizə mənalı ömrünüzlə sağlam yaşamağı arzulayıram!
Şair Seyfullah Abbasov: “Bu gün elimizin Cox dəyərli ziyalısı, agsaqqalı, alimi Səxavət müəllimin dogum günüdür. Bu dogum gününü əlamətdar edən yetmişinci yubiley günü olmasıdır. Belə bir ziyalısı olan el, millət hər bir qələbəyə imza ata bilir və ona layiqdir. Gəlin birlikdə Səxavət müəllimi yubiley -70 yaşı münasibəti ilə təbrik edək, ona uzun saglam ömür arzulayaq, onun və digər agsaqqallarımızın iştirakı ilə Bakı-Qafan qatarının yola duşmə törənindən sonra hamılıqla qələbə qatarının ilk sərnişinləri olaraq sevincimizi hamı ilə bölüşək.
Növbəti şəxs həm özünü, həm də yubilyarı təqdim edəcək.
Mən də Səxavət müəllimi ad günü münasibəti ilə təbrik edirəm. Elimizin ziyalısı kimi həmişə ona hörmətim böyükdur. Həm Naxçıvanda ali məktəbdə oxuyanda, həm də Bakıda qonşu kimi həmişə dəstəyini əsirgəməyib. Çox şag olun minnətdaram. Sizin kimi eloğlu ilə həmişə fəxr edirəm. Allahdan Sizə sağlam ömur arzulayıram.
Araz Əliyev.Gərd kəndi.
Facebook'da Paylaş