QHT növbəti tədbirini Azərbaycan Tibb Universitetində keçirib.

28-11-2022, 21:08

QHT növbəti tədbirini Azərbaycan Tibb Universitetində keçirib.

QHT növbəti tədbirini Azərbaycan Tibb Universitetində keçirib.

Tibb Universitetində "Narkomaniya və zərərli vərdişlərə qarşı" tədbir keçirilib. "Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində növbəti tədbir Azərbaycan Tibb Universitetində həyata keçirilib. Layihə rəhbəri Vidadi Fətullayev, ölkəmizdə narkomaniyaya qarşı hüquqmühafizə orqanları tərəfindən aparılan mübarizə,bu sahədə 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı, habelə vətəndaşların sağlamlığının qorunması sahəsində aparılan islahatlar, narkotik vasitələr və zərərli vərdişlərin insan sağlığı və cəmiyyətimiz üçün fəsadları barədə danışdı və gənclərimizi bütün zərərli vərdişlərdən uzaq durmağa çağırdı.

Tədbirdə çıxış edən Bakı Narkoloji Mərkəzinin psixoloqu Günay Babayeva tələbələrə, Mərkəzin fəaliyyəti, narkotik və psixotrop maddələr, onların səbəb olduğu bulaşıcı xəstəliklər, narkoloji asılılıq, onun psixoloji təsirləri, narkomaniya ilə bağlı bir hadisə ilə qarşılaşdıqlarında atılması lazım olan addımlar barədə geniş məlumat verdi və onları maraqlandıran sualları cavablandırdı. Maarifləndirici bukletlər və çap materiallarının paylandığı tədbirdə çıxış edən tələbələr mövzu barədə öz fikirlərini səsləndirdilər, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu il Gənclər Günündə zərərli vərdişlərə qarşı səsləndirdiyi fikirlərin onlar üçün bir Şüar olduğunu bildirdilər və tədbirin həyata keçməsinə dəstək olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Tibb Universiteti və Bakı Narkoloji Mərkəzin rəhbərliklərinə minnətdarlıqlarını bildirdilər.


Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı"ictimai birliyinin sədri




Facebook'da Paylaş