Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyi xalqa başsağlığı verdi

14-09-2022, 13:17


Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyi xalqa başsağlığı verdi

Son günlər erməni işğalçı və separatçı qüvvələrinin cəbhəboyu bölgələrdə törətdiyi təxribatlar nəticəsində cavab əməliyyatlarına məcbur olan Azərbaycan Ordusu düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etsə də, hərbi qulluqçularımız və əsgərlərimiz arasında çox sayda şəhidimiz var. Azərbaycan xalqı ayaq üstündədir, ailələrimizdə gərginlik və narahatçılıq hökm sürməkdədir. Hər kəs şəhidlərə rəhmət, qazilərimizə şəfa, Ordumuza güc-qüvvət diləyir.
Artıq Azərbaycanın haqq işini dəstəkləyən qardaş və müttəfiq dövlətlər, o cümlədən bir sıra beynəlxalq təşkilatlar ermənilərin terrorçu əməllərini pisləmiş, öz torpaqlarının azadlığı uğrunda mübarizə aparan Azərbaycanın yanında olduqlarını bəyan etmişlər.
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyi olaraq bizlər də bu ağır günlərdə xalqımıza başsağlığı verir, şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına səbir, yaralılarımıza şəfa diləyir, hər zaman dövlətimizin, Ali Baş Komandanımızın və Milli Ordumuzun yanında olduğumuzu bəyan edirik. Allah oğullarımızı qorusun!

Bu haqq savaşında Azərbaycan xalqının bütün nümayəndələri kimi biz də mübarizəyə hazırıq. İnşallah, zəfər bizim olacaq!
Yaşasın Azərbaycanın müzəffər Ordusu!
Yaşasın Ali Baş Komandanımız!
Allah şəhidlərimizə rəhmət eləsin, nur içində uyusunlar!
Azərbaycanın və Türk dünyasının başı sağ olsun!

Rasafil Bayramov

ATXQ İB-nin Mətbuat xidmətinin rəhbəri,
ATA TV və İctimai Xəbər Agentliyinin təsisçisi və baş direktoru




Facebook'da Paylaş