Yevlaxda avtomobil maneəyə çırpılıb, 5 nəfər yaralanıb

8-07-2022, 09:00

Yevlaxda avtomobil maneəyə çırpılıb, 5 nəfər yaralanıb

Bakı-Qazax magistral yolunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Ordum.az-ın məlumatına görə, hadisə magistral yolun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində Ağdam rayon Xındırıstan kənd sakini 1973-cü il təvəllüdlü Rəna İsmayılova, 2004-cü il təvəllüdlü Sevinc Cavanova, 1990-cı il təvəllüdlü Asiman İsfəndiyarzadə və daha 2 azyaşlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb




Facebook'da Paylaş