Tovuzda avtomobil aşıb, xəsarət alanlar var

7-03-2022, 09:20

Tovuzda avtomobil aşıb, xəsarət alanlar var

Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ordum.az-ın məlumatına görə, hadisə Əsrik Cırdaxan kəndində qeydə alınıb. Avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində kənd sakinləri - 1997-ci il təvəllüdlü T.Abbasov və 2000-ci il təvəllüdlü E.İbrahimov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.




Facebook'da Paylaş