Bakıda avtomobil 5 yaşlı uşağı vurub

14-12-2021, 10:00

Bakıda avtomobil 5 yaşlı uşağı vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ordum.az-ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, 2016-cı il təvəllüdlü U.Axundov yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır




Facebook'da Paylaş