“İnternat məzunları arasında sağlam həyatın təşviq edilmasi” layihəsi başa çatıb
“İnternat məzunları arasında sağlam həyatın təşviq edilmasi” layihəsi başa çatıb Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə“İnternat Məzunlarının Sosial İnteqrasiyası” (İMSİ) Gənclər İctimai Birliyinin həyata keçirdiyi “İnternat məzunları arasında sağlam həyatın təşviq edilməsi” layihəsi uğurla başa çatıb. Layihənin əsas məqsədi internat məktəblərindən məzun olan gənclərin sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunmağın yolları mövzusunda maarifləndirici tədbirlər həyata keçirməklə internat və uşaq evi məzunlarının sosial inteqrasiyası kimi fəaliyyətlərə öz tövhəsini verməkdir.
Layihə cərcivəsində internat məktəbindən məzun olmuş 30-a yaxın gəncin iştirakı ilə Lənkəran şəhərində düşərgə təşkil olundu. Düşərgədə gənclərə aşağıda qeyd olunan
• Sağlamlıq və aktiv həyat
• Zərərli vərdişlər
• Yoluxucu xəstəliklər və onlardan qorunmağın yolları
• Cəmiyyətə sağlam inteqrasiya 4-mövzuda təlim və seminarlar keçirilib .
Proqramdan əlavə olaraq, gənclərimizə, Lənkəran şəhər Tarix-Diyarşunaslıq muzeyi, iki dəfə Sovet İttifaqı qəhrəmanı general mayor Həzi Aslanovun Ev muzeyinə turlar təşkil olundu bu turlar vasitəsiylə gənclərə ətraflı məlumatlar verilib. Eyni zamandan iştirakçılar üçün maraqlı olan Xanbular gölünə səfər təşkil olunaraq gənclər Lənkəranın tarixilə yanaşı təbiətilə də yaxından tanış olublar. Layihədə ilk dəfə olaraq inkuliziv həyata keçrilib.
Lyihədə 2 və 3 N-li Xüsusi İnternat Məktəbinin eşitmə əlilliyi olan məzunları da iştirak ediblər. Bu da onların cəmiyyətə inteqrasiyasına və sosiallaşmasına müsbət təsir göstərəcək. Keçirilən təlimlər onlara işarət dili ilə tərcümə olunub. Bu həm də layihə iştirakçısı olan digər gənclərdə işarət dilinin öyrənilməsinə olan marağı artırır.
Layihə ərzində əldə olunmuş ən böyük nailiyyət internat məzunu olan gənclərin şəbəkələşməsi, bir-birləri ilə yaxından tanış olmaları, komanda ruhunun formalaşması, dilbər güşələrimizlə yaxından tanış olub, tarixi və milli adət-ənənələri öyrənməsi olub. Layihənin məqsədi gənclərin asudə vaxtını səmərəli təşkil etmək, onlarda komanda ruhu formalaşdırmaq idi və qarşıya qoyulan hədəfə çatdıq. Layihənin güclü tərəfi valideyn himayəsindən məhrum gənclərə göstərilən qayğıdır ki, bu hər şeydən üstündür.
Facebook'da Paylaş