Polşa Ukraynaya xeyli sayda hərbi texnka və sursat göndərib

29-04-2022, 13:45

Polşa Ukraynaya xeyli sayda hərbi texnka və sursat göndərib

Polşa Ukraynaya 200 “T-72” modelli tank göndərib.

Ordum.az UNIAN-a istinadən xəbər verir ki, məlumatı Polşa radiosu yayıb.

Bildirilib ki, bu, Ukraynaya iki tank briqadası yaratmaq imkanı verir.

Məlumata görə, bundan başqa Polşa qonşu ölkəyə onlarla piyadaların döyüş maşını, özüyeriyən “2C1” “Qvozdika” qaubitsa, “Qrad” reaktiv yaylım atəş sistemi, “Miq-29” və “Su-27” təyyarələrini vurmaq məqsədilə “hava-hava” raketləri göndərib.

O da vurğulanıb ki, Polşa Ukraynaya xeyli sayda sursat tədarük edib.




Facebook'da Paylaş