KKTC parlamentində komitələr formalaşdırılıb

15-03-2022, 14:01

KKTC parlamentində komitələr formalaşdırılıb

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin parlamentinin növbəti iclası keçirilib.

Martın 14-də keçirilən iclasda parlamentin komitələri formalaşdırılıb.

Bununla bağlı məlumatda qeyd edilir ki, parlamentdə 6 komitə fəaliyyət göstərəcək. Komitələrdən beşi 5 üzvdən, biri isə 7 üzvdən ibarətdir.

Onu da qeyd edək ki, KKTC qanunlarına əsasən mövcud parlamentdə təmsil olunan beş partiyadan yalnız ikisi (topladığı səsə faizinə görə) komitə formalaşdırmaq hüququna malikdir. Bunlar UBP və CTP-dir.

Ona görə də 5 nəfərlik olan 5 komitənin hər birinə UBP-dən 3, CTP-dən 2 millət vəkili, 7 nəfərlik Ombudsman və müraciət komitəsinə isə UBP-dən 4 CTP isə 3 millət vəkili daxil olub.
Parlamentin iclasında digər bir neçə qanun da qəbul edilib.




Facebook'da Paylaş