Bakıda eşidilən partlayış səsinin səbəbi məlum olub

28-12-2021, 11:22

Bakıda eşidilən partlayış səsinin səbəbi məlum olub

Bu gün səhər saatlarında Bakının müxtəlif ərazilərində eşidilən partlayış səsinin səbəbi məlum olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Ordum.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəhər kənarında keçirilən hərbi təlimlərlə bağlı paytaxtın bəzi ərazilərində gurultu və partlayış səsləri eşidilir.

"Bununla bağlı bildiririk ki, əhalinin narahatlığına heç bir əsas yoxdur", - məlumatda qeyd edilib.




Facebook'da Paylaş