Qazaxıstanda daha bir sursat anbarında partlayış

10-10-2021, 21:05

Qazaxıstanda daha bir sursat anbarında partlayış


Qazaxıstanda daha bir sursat anbarında partlayış
Qazaxıstanın Jambıl vilayətindəki silah-sursat anbarında növbəti dəfə partlayış olub.
Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatında qeyd edilir ki, hadisə yerli vaxtla saat 7:20-də baş verib.
“Hadisə zamanı ərazidə heç kim olmayıb. Bina və tikililərə ziyan dəyməyib. Bölgədə vəziyyət sabitdir”, - nazirliyin mətbuat xidməti bildirib.
Xatırladaq ki, bir müddət əvvəl eyni vilayətdə yerləşən hərbi hissədə anbarlardan birinin yaxınlığında yanğın, partlayışlar baş vermişdi.




Facebook'da Paylaş