Nəsimidə iki nəfər dəm qazından zəhərlənib

26-12-2021, 09:08

Nəsimidə iki nəfər dəm qazından zəhərlənib

Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Ordum.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Yaşadığı evdə dəm qazından zəhərlənən 1961-ci il təvəllüdlü Qarayeva Heyran Bayram qızı və 1968-ci il təvəllüdlü Həsənova Sevda İsa qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Xəsarət alanlar həkim nəzarətinə götürülüblər. Hadisənin təfərrüatı araşdırılır.




Facebook'da Paylaş