DİM Vətən müharibəsi ilə bağlı tarix fənninə edilən dəyişiklikləri təqdim edib

21-12-2021, 15:18

DİM Vətən müharibəsi ilə bağlı tarix fənninə edilən dəyişiklikləri təqdim edib

Dövlət İmtahan Mərkəzi Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair yenilənmiş məqaləni təqdim edib.

Ordum.az xəbər verir ki, Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair 2021-ci il “Abituriyent” jurnalının 2-ci sayında dərc edilən, həmçinin Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilmiş məqalənin yeni redaktəsi ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür.

Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər.

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi);

Məqalənin ilk çapından sonrakı dövrdə baş vermiş hadisələrin çoxu yeni redaktədə nəzərə alınıb. Xatırladaq ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzu haqqında istifadədə olan dərsliklərdən bilgilər almayıblar. Mövzunun vacibliyi nəzərə alınaraq, 2022-ci ildə də II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu material əsasında tərtib ediləcək




Facebook'da Paylaş