Metrologiya İnstitutu: "Hərbi sahədə fəaliyyətimizi genişləndirəcəyik

15-12-2021, 16:56

Metrologiya İnstitutu: "Hərbi sahədə fəaliyyətimizi genişləndirəcəyik

"Azərbaycan Metrologiya İnstitutu (AzMi) Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə müəyyən xidməti işlər həyata keçirir".

Bu barədə Ordum.az-a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunun (Azmi) baş direktorunun müşaviri Elçin Abbasov deyib.

"Hərbi sahədəki işlərimizi daha da inkişaf etdirəcəyik. Türkiyə Metrologiya İnstitutu işlərinin böyük hissəsini hərbi sahədə görür. Bizim də gələcək hədəfimiz hərbi sahədə daha dərindən iştirak etməkdir. Bunun üçün də xüsusi laboratoriyalar qururuq", - deyə E.Abbasov bildirib.




Facebook'da Paylaş