DİN vətəndaşlara xəbərdarlıq edib

20-11-2021, 15:01

DİN vətəndaşlara xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi azad olunmuş ərazilərdə mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Ordum.az xəbər verir ki, xəbərdarlıqda deyilir:

"Bütün cəmiyyətə - jurnalistlərə, blogerlərə, ictimai fikir adamlarına səslənirik: Biz birlikdə güclüyük, biz birlikdə məsuliyyətliyik!

Müharibə qalıqları təhlükə mənbəyi olaraq qalmaqdadır. Bu risklərdən necə qorunaq, çıxış yolu varmı? Əlbəttə var. Onun adı məsuliyyətdir. Təhlükəsizlik qaydalarına əməl edilməlidir. Bələd olmadığımız yerlərdə, xüsusilə işğaldan azad edilən bölgələrdə və ona yaxın ərazilərdə hər birimiz diqqətli və məsuliyyətli olmalıyıq.

Bu gün Goranboy rayonunda bir nəfər heç vaxt işğal altında olmayan ərazidə sel sularının örüş sahəsinə gətirdiyi minanın partlaması nəticəsində sağlamlığını itirib. Diqqətli olsaydı, şübhə doğuran həmin əşya ilə bağlı müvafiq qurumları məlumatlandırsaydı, bu hadisə baş verməyəcəkdi.

Hər birimiz şübhə doğuran əşya gördükdə dərhal məlumat verməklə, özümüzlə yanaşı, digər şəxslərin həyat və sağlamlığını xilas edə bilərik".




Facebook'da Paylaş