DSX Akademiyasının tələbəsi intihar edib

18-11-2021, 10:04

DSX Akademiyasının tələbəsi intihar edib

Noyabr ayının 17-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.

Bu barədə Ordum.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar DSX və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.




Facebook'da Paylaş