Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlanıb

5-09-2022, 11:00

Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlanıb

“Ukraynada Rusiya ordusunun daha 300 hərbçisi məhv edilib”.

Ordum.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 49 800-ü ötüb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 068 tank, 4 459 zirehli döyüş maşını, 1 157 artilleriya sistemi, 294 reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi, 236 təyyarə, 206 helikopter, 867 PUA, 205 qanadlı raket, 15 gəmi, 3 286 avtomobil texnikası və avtosistern, 107 xüsusi texnikadan ibarətdir.




Facebook'da Paylaş