ABŞ institutu: "Rusiya ordusu Ukrayna ərazisində nəzarəti itirib"

25-08-2022, 10:11

ABŞ institutu: "Rusiya ordusu Ukrayna ərazisində nəzarəti itirib"

"Martın sonundan etibarən Rusiya ordusu Ukrayna ərazisində nəzarəti itirib".

Ordum.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.

"Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya Ukraynadakı hərbi əməliyyatların sürətini bilərəkdən azaldır. Bu bəyanat Rusiyanın Ukraynadakı son 6 həftə ərzindəki sadəcə kiçik nailiyyətlərini izah etmək üçündür”, - məlumatda qeyd olunub.

ABŞ institutu iddia edir ki, müvəqqəti işğal olunmuş ərazilərdə Rusiya tərəfi ciddi problemlərlə üzləşir: "Ukrayna qüvvələri Xerson və Zaporejyedə Rusiya hərbi obyektlərinə və kommunikasiya xətlərinə zərbələr endirməkdə davam edir".




Facebook'da Paylaş