Ukrayna müdafiə naziri: "Rusiyanın elit qoşunlarının üçdə bir hissəsi məhv edilib

23-08-2022, 20:18

Ukrayna müdafiə naziri: "Rusiyanın elit qoşunlarının üçdə bir hissəsi məhv edilib

“Elit qoşunların üçdə bir hissəsi də daxil olmaqla, ümumilikdə Rusiyanın 45 mindən çox şəxsi heyəti məhv edilib”.

Ordum.az Ukraynanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Oleksiy Reznikov Krım Platforması Sammitində deyib.

“İlan adasının azad edilməsi bizim əsas uğurlarımızdandır. Artıq Skandinaviya və Baltikyanı ölkələr üçün təhlükə azalıb. Daha çox hərbi dəstək bu təhlükəni bir az da azaldacaq”, - nazir qeyd edib.

Reznikov bildirib ki, Rusiya açıq şəkildə soyqırımı müharibəsi aparır: “Qarşı tərəf nüvə şantajından istifadə edir. Qərb etiraf etməlidir ki, Rusiya bütün demokratik dünyaya qarşı müharibə aparan gücdür”.




Facebook'da Paylaş