Türkiyə hərbçisi İraqın şimalında şəhid olub

10-08-2022, 18:05

Türkiyə hərbçisi İraqın şimalında şəhid olub

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirilən “Pəncə- Kilid” əməliyyatı zonasında şəhid verib.

Ordum.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, çavuş Mahsun Şimşek terrorçuların təxribatı nəticəsində şəhid olub.

Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.




Facebook'da Paylaş