Britaniya kəşfiyyatı: "Rusiya ordusunun komandirləri dilemma ilə üzləşiblər

25-07-2022, 09:53

Britaniya kəşfiyyatı: "Rusiya ordusunun komandirləri dilemma ilə üzləşiblər

“Həm Donbas, həm də Xerson istiqamətində döyüşlər davam edir. Rusiya ordusunun komandirləri dilemma ilə üzləşməkdə davam edirlər: onlar ya şərq tərəfdə hücum təmin etməli, ya da qərb istiqamətində müdafiəni gücləndirməlidirlər".

Ordum.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, bir neçə gün əvvəl Rusiyanın Belqorod vilayətində, Ukrayna sərhədindən 10 km aralıda, Barvinok yaxınlığında Rusiya ordusunun hərbi maşınlarının təmirini həyata keçirən obyekt aşkarlanıb: “Burada ən azı 300 zədələnmiş maşın olub. Onların sırasına tanklar, zirehli döyüş maşınları da daxildir. Rusiya Ukraynada əməliyyat zamanı zədələnmiş minlərlə döyüş maşınının çıxarılması və təmiri üçün mübarizəni davam etdirir”.




Facebook'da Paylaş