Ukrayna Müdafiə Nazirliyi: “Qara dənizdəki Rusiya hərbi gəmiləri bizim üçün təhlükə yaradır

6-06-2022, 18:33

Ukrayna Müdafiə Nazirliyi: “Qara dənizdəki Rusiya hərbi gəmiləri bizim üçün təhlükə yaradır

“Rusiya Federasiyasının Qara dənizdəki 5 gəmisi 34-ə qədər kalibr tipli qanadlı raket buraxmaq imkanına malikdir”.

Ordum.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanık məlumat verib.

Onun sözlərinə görə, bu, Ukrayna üçün Qara dənizdən raket zərbələri təhlükəsinin olması deməkdir: “Çünki raketlər faktiki olaraq bütün ölkə ərazisini hədəf ala bilər”.

A.Motuzyanık bildirib ki, Rusiya öz hərbi qüvvələrini rotasiya edir: “Bəzi yerlərdən geri çəkir, bəzi ərazilərə isə daxil edir. Bütün bunlar taktiki oyunlardır. Buna görə də burada heç bir böyük taktiki və ya operativ-strateji dəyişikliklər görmürəm”.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Rusiya qoşunlarının müvəqqəti işğal olunmuş Krımda hava hücumundan müdafiə sistemləri qurduğunu vurğulayıb: “Xüsusilə yarımadanın şimal-qərb hissəsində Olenevka və Razdolnoye yaşayış məntəqələri yaxınlığında iki “S-300” zenit-raket diviziyasının yerləşdirilməsi davam edir”.




Facebook'da Paylaş