Ukrayna müharibəsində 262 uşaq həlak olub, 467-dən çox azyaşlı yaralanıb

6-06-2022, 09:24

Ukrayna müharibəsində 262 uşaq həlak olub, 467-dən çox azyaşlı yaralanıb

Rusiyanın Ukraynaya bir neçə aydır davam edən hücumu nəticəsində 729-dan çox uşaq xəsarət alıb.

Ordum.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Rəsmi məlumata görə, müharibə zamanı 262 uşaq ölüb, 467-dən çox azyaşlı yaralanıb.

Qeyd edilir ki, bu rəqəmlər yekun deyil, çünki onların aktiv döyüş əməliyyatlarının aparıldığı yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə rəqəmlərin dəqiqləşdirilməsi istiqamətində işlər aparılır.

Ən çox uşaq Donetsk vilayətində (189 azyaşlı), Kiyevdə (116 nəfər), Xarkovda (112), Çerniqovda (68), Luqanskda (53), Xersonda (52), Nikolayevdə (47), Zaporojyedə (29), Sumıda (17), Kiyevdə (16), Jitomirdə xəsarət alıb.




Facebook'da Paylaş