Ukraynada həlak olan uşaqların sayı 200-ə çatıb

16-04-2022, 10:16

Ukraynada həlak olan uşaqların sayı 200-ə çatıb

"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 200 uşaq ölüb, 360 uşaq güllə və qəlpə yarası alıb”.
Ordum.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin bombardmanı nəticəsində Ukraynanın şəhər və kəndlərində 1 018 təhsil müəssisəsinə ziyan dəyib, 95-i tamamilə dağılıb.




Facebook'da Paylaş