Mariupol müdafiəçisi hücuma məruz qalan “Azovstal” zavodundan fotolar yayıb

20-05-2022, 15:36

Mariupol müdafiəçisi hücuma məruz qalan “Azovstal” zavodundan fotolar yayıb

Mariupolun müdafiəçisi Dmitri Kozatski dağıdılmış “Azovstal”dan bir neçə kadr paylaşıb. Fotolarda bu müddət ərzində Rusiya qoşunlarının hücumuna məruz qalan zavodun bombalanmasının nəticələrini görmək olar.

Ordum.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, o, şəkilləri tviter səhifəsində paylaşıb.

“Yeri gəlmişkən, əsirlikdə olduğum müddətdə sizə keyfiyyətli fotolar göstərəcəyəm, onları bütün jurnalist mükafatlarına, fotomüsabiqələrinə göndərin, əsirlikdən xilas olanda nəsə qazansam, çox xoş olardı. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm. Görüşənədək”, - D.Kozatskinin fotoşəkillər ilə birgə paylaşımında deyilir.




Facebook'da Paylaş