Ukrayna BQ: "Rusiya ordusu təxribat və kəşfiyyat qruplarından isitifadə edir"

19-05-2022, 10:53

Ukrayna BQ: "Rusiya ordusu təxribat və kəşfiyyat qruplarından isitifadə edir"

“Rusiya qoşunları Çerniqov və Sumı vilayətlərindəki yaşayış məntəqələrini artilleriya və minaatanlardan, Desna qəsəbəsini isə raketlərdən atəşə tutub. Bu istiqamətdə PUA-ların köməyi ilə hava kəşfiyyatı davam edir”.

Ordum.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Xarkov istiqamətində əsas səylər sərhədlərin qorunub saxlanmasına yönəldilib. Rusiya ordusu təxribat və kəşfiyyat qruplarından isitifadə edir. Baxmut istiqamətində qarşı tərəf taktiki vəziyyəti yaxşılaşdırmaq üçün hücuma keçib. Lakin bu cəhdlər uğursuz olub. Bessarabiya istiqamətində heç bir ciddi dəyişiklik qeydə alınmayıb”, - Baş Qərargahdan bildirilib.

Qeyd olunub ki, son sutka ərzində Rusiya Silahlı Qüvvələrinin 1 təyyarə və 1 qanadlı raket məhv edilib. Həmçinin 20 zirehli texnika vurulub. Donetsk və Luqansk istiqamətlərində düşmənin 16 hücumu dəf edilib. Eyni zamanda, 8 tank, 17 zirehli döyüş maşını, 4 xüsusi zirehli texnika məhv edilib.




Facebook'da Paylaş