Baş Qərargah: "Son sutkada Rusiyanın 10 tankı məhv edilib”
“Rusiya Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətlərini tam ələ keçirmək, eləcə də Krıma quru yoluna tam nəzarətə almaq cəhdlərini davam etdirir”.
Ordum.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Məlumata görə, Rusiya ordusu Ukraynanın bütün mülki obyektlərinə raket və aviasiya zərbələri endirir:
“Ötən sutka ölkənin qərb regionlarındakı mülki obyektlərinin raket və aviasiya zərbələrinə məruz qalması artıb”.
Bildirilib ki, Rusiya Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində “S-400” və “S-300” zenitk-raket kompleksinin diviziyalarını yerləşdirib. Məlumata görə, Rusiya hərbçiləri Siver Donets çayının sol sahilində İzyum, Donetsk və Tavriya vilayətləri istiqamətlərində bütün cəbhəboyu hücum fəallığını artırıb:
“Düşmənin əsas hədəfi Luqansk və Donetsk vilayətlərində qoşunlarımızın müdafiəsini yarmaqdır. Rusiya Qara dəniz donanması 126-cı sahil mühafizə briqadası şəxsi heyətinin 75 faizini itirib. Qara dəniz donanması 810-cu əlahiddə briqadasının 158 hərbçisi öldürülüb, 500 yaralanıb, 70-i itkin sayılır”.
Məlumata görə, son sutkada Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının 7 hücumunun qarşısını alıb: “Onların 10 tankı, 18 zirehli texnikası, 8 avtotmobil texnikası, 1 artilleriya sistemi, bir minaatanı məhv edilib”.
Facebook'da Paylaş