Əfqanıstanda azyaşlıların oynadığı mərmi partlayıb, 4 uşaq ölüb

19-03-2022, 09:42

Əfqanıstanda azyaşlıların oynadığı mərmi partlayıb, 4 uşaq ölüb

Əfqanıstanın cənubunda, Qəndahar əyalətində partlamayan top mərməsinin detonsiyası nəticəsində 4 uşaq ölüb.

Ordum.az “TOLOnews”a istinadən xəbər verir ki, bu barədə yerli polis bölməsindən bildirilib.

Məlumata görə, hadisə əyalətin Şah Vəli Kut yaşayış məntəqəsində baş verib.

Bildirilib ki, uşaqların sursatla oynadıqları ehtimal olunur.

Partlayışa səbəb mərminin vaxtında zərərsizləşdirilməməsi göstərilir.




Facebook'da Paylaş