Ukrayna DİN: “Rusiya təyyarələrinin təxminən üçdəbirini itirib

17-03-2022, 12:17

Ukrayna DİN: “Rusiya təyyarələrinin təxminən üçdəbirini itirib

Rusiya hərbi təyyarələrinin təxminən üçdəbir hissəsini itirib.

Ordum.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

“Ukrayna hərbçiləri hər gün rusların bir neçə təyyarəsini vururlar. Üç həftə ərzində ruslar təyyarələrinin üçdəbir hissəsini itirib”, - o bildirib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi martın 16-da Rusiyanın 5 təyyarə və 3 helikopterinin məhv edildiyini açıqlayıb.




Facebook'da Paylaş