Türkiyə kəşfiyyatı PKK-nın rəhbər şəxslərindən daha birini məhv edib

17-02-2022, 17:02

Türkiyə kəşfiyyatı PKK-nın rəhbər şəxslərindən daha birini məhv edib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriya ilə sərhəddə keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG-PYD terror qruplaşmasının “Hebat Gever” ləqəbli üzvü Süleyman Orhanı zərərsizləşdirilib.

Ordum.az xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

O, yanvarın 8-də Türkiyənin Şanlıurfa şəhərinin sərhədyanı Akçakala rayonunda hərbi karvanın keçdiyi ərazidə əldəqayrıma partlayıcının işə salınmasını təşkil edib.

Bildirilib ki, o, Suriyanın Rəsulayn və Tel Abyad-Suluk rayonlarına terror hücumları ilə bağlı təlimat verib. Bu terror hücumları nəticəsində Rəsulaynda Türkiyənin 6, Tel Abyad-Suluk rayonunda isə Türkiyənin 3 hərbçisi şəhid olmuşdu.

Əvvəllər onun terrorçu İŞİD-ə qarşı mübarizədə öldüyü barədə yalan məlumat yayılmışdı.




Facebook'da Paylaş