Xocalının Sığnaq kəndindəki avtobus qəzasında yaralananların son vəziyyəti açıqlanıb

8-02-2022, 11:20

[img]https://ordum.az/uploads/po[center][img]https://ordum.az/uploads/posts/2022-02/1644304852_3677aac7-1816-36e2-88da-7c3794b80ced_850.jpg[/img]

Xocalının Sığnaq kəndində baş vermiş avtobus qəzasında yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.

Səhiyyə Nazirliyindən Ordum.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən 13 nəfərin müalicəsi davam edir.

"Ağırlaşma halları müşahidə olunmur. Reanimasiyada müalicə alan 2 nəfərdən biri bu gün ümumi palataya keçiriləcək. Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirir", - nazirlikdən bildirilib.

Qeyd edək ki, fevralın 6-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb. 16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Yaralıların vəziyyəti sabitdir və həkim nəzarətindədirlər.

Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.sts/2022-02/1644304852_3677aac7-1816-36e2-88da-7c3794b80ced_850.jpg[/img][/center]
Xocalının Sığnaq kəndində baş vermiş avtobus qəzasında yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.

Səhiyyə Nazirliyindən Ordum.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən 13 nəfərin müalicəsi davam edir.

"Ağırlaşma halları müşahidə olunmur. Reanimasiyada müalicə alan 2 nəfərdən biri bu gün ümumi palataya keçiriləcək. Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirir", - nazirlikdən bildirilib.

Qeyd edək ki, fevralın 6-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb. 16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Yaralıların vəziyyəti sabitdir və həkim nəzarətindədirlər.

Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.




Facebook'da Paylaş