Suriyada terrorçuların atəşi nəticəsində iki əsgər yaralanıb

14-01-2022, 09:30

Suriyada terrorçuların atəşi nəticəsində iki əsgər yaralanıb

Suriyada terrorçuların snayper və minaatanlardan hücumları nəticəsində iki əsgər yaralanıb.

Ordum.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Barışıq Mərkəzi rəhbərinin müavini kontr-admiral Oleq Juravlev bildirib.

“Latakiya əyalətində Karamanlı bölgəsindən olan terrorçuların Kulcok qəsəbəsi ərazisində hökumət qüvvələrinin mövqelərinə həyata keçirdikləri snayper hücumu nəticəsində bir Suriya əsgəri yaralanıb”, - o deyib.

Kontr-admiralın sözlərinə görə, Bərza-Fauqani bölgəsindən minaatanlardan atəş nəticəsində İkko qəsəbəsi ərazisində hökumət qüvvələrinin mövqelərində suriyalı əsgər də yaralanıb.




Facebook'da Paylaş