Suriyada terrorçular 7 əsgəri qətlə yetiriblər

2-12-2021, 09:30

Suriyada terrorçular 7 əsgəri qətlə yetiriblər

Suriyada noyabr ayı ərzində terrorçu qruplaşmaların təxribatları nəticəsində 7 hərbçi həlak olub, daha 24-ü yaralanıb.

Ordum.az xəbər verir ki, bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit məlumat verib.

Noyabrda İdlib deeskalasiya zonası ərazisindən terrorçuların hökumət qüvvələrinə qarşı 258 hücumu qeydə alınıb.

"Mərkəz qanunsuz silahlı birləşmələrin komandirlərini silahlı təxribatlardan əl çəkməyə çağırır”, - Kulit vurğulayıb.




Facebook'da Paylaş