Ağdamda minaya düşən traktor sürücüsünün kimliyi məlum olub

16-12-2021, 14:08

Ağdamda minaya düşən traktor sürücüsünün kimliyi məlum olub

Dekabrın 16-da saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirktlərdən birinin əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ordum.az-a verilən məlumata görə, nəticədə xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır




Facebook'da Paylaş