Azad edilən ərazilərdə minaya düşərək həlak olanların sayı açıqlanıb

9-12-2021, 14:37

Azad edilən ərazilərdə minaya düşərək həlak olanların sayı açıqlanıb

Ermənistanın işğalından azad edilən ərazilərdə minaya düşərək həlak olan və yaralanan şəxslərin sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Ordum.az-a bildirilib ki, 10 noyabr 2020-ci il tarixdən indiyədək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub.

Qeyd edilib ki, 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.




Facebook'da Paylaş