Ötən ay Azərbaycanda minaya düşən şəxslərin sayı açıqlanıb

2-12-2021, 12:30

Ötən ay Azərbaycanda minaya düşən şəxslərin sayı açıqlanıb

"2021-ci ilin noyabr ayında Azərbaycanda 7 hadisə nəticəsində 9 nəfərin mina qurbanı olmasını qeydə alınıb".

Bu barədə Ordum.az-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O bildirib ki, nəticədə bir mülki şəxs həlak olub, 8 nəfər yaralanıb. (bir nəfər mina təmizləyən, bir nəfər sərhədçi, 2 nəfər Daxili Qoşunların hərbi qulluqçusu və 4 nəfər mülki şəxs).

"2021-ci ilin noyabr ayında 6 hadisəyə piyadalar əleyhinə, 1 hadisəyə isə tank əleyhinə minalar səbəb olub. Hesabat dövründə minalarla bağlı hadisələr Cəbrayıl, Ağdam, Goranboy, Laçın, Füzuli və Zəngilan rayonlarının ərazisində baş verib", - o vurğulayıb.




Facebook'da Paylaş