KİV: "Suriyadakı ABŞ hərbi bazasına hücum olub"

23-11-2021, 18:22

KİV: "Suriyadakı ABŞ hərbi bazasına hücum olub"

Suriyanın Haseke əyalətində yerləşən ABŞ-ın Harrab əl-Ceyr bazası raket hücumuna məruz qalıb.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli SANA informasiya agentliyi məlumat yayıb.

Bazaya ən azı beş raket atıldığı bildirilib.

Hələlik itkilər barədə məlumat yoxdur.




Facebook'da Paylaş