Bu il Türkiyədə təslim olan PKK üzvlərinin sayı 171 nəfərə ça

1-11-2021, 11:29

Bu il Türkiyədə təslim olan PKK üzvlərinin sayı 171 nəfərə ça

Türkiyədə PKK terror təşkilatının daha 4 üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

Ordum.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, Daxili İşlər Nazirliyinin koordinasiyası ilə Təhlükəsizlik Baş İdarəsi və Jandarma Baş Komandanlığı tərəfindən həyata keçirilən razı salma tədbirləri nəticəsində PKK-dan qaçan daha 4 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

2013-2015-ci illərdə terror təşkilatına qoşulan PKK üzvlərinin son olaraq İraq və Suriyada fəaliyyət göstərdiyi müəyyən edilib.

Beləliklə, 2021-ci ildə inandırma yolu ilə təhlükəsizlik qüvvələrinə təslim olan PKK üzvlərinin sayı 171 nəfərə yüksəlib.




Facebook'da Paylaş