Ermənistan Müdafiə Nazirliyində rüsvayçı ixtisarlar olacaq

19-10-2021, 15:27

Ermənistan Müdafiə Nazirliyində rüsvayçı ixtisarlar olacaq

Ermənistan Müdafiə Nazirliyində ciddi ixtisarlar gözlənilir.

Ordum.az “İravunk” nəşrinə istinadən xəbər verir ki, artıq bəzi polkovniklər öz müraciətləri əsasında işdən azad ediliblər.

Mənbənin məlumatına görə, yaxın gələcəkdə nazirlikdə bənzər dövlət qulluğu ləğv ediləcək.

Xatırladaq ki, aylar öncə “İravunk” Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Müdafiə Nazirliyi ilə birləşdiriləcəyini yazmışdı. Bu isə “dövlət qulluğu”nun sıradan çıxarılmasına səbəb ola bilər. Yəni nazirlikdə yalnız hərbi rütbəli hərbi qulluqçular qalacaq.

Eyni zamanda, bu dəyişiklik nəticəsində bir sıra yüksək rütbəli hərbçilərin rütbələri aşağı düşə bilər. Məsələn, zabit çavuş, polkovnik polkovnik-leytenant olacaq.




Facebook'da Paylaş