Ermənistan ordusunda ixtisarlar

8-01-2021, 10:21

Ermənistan ordusunda ixtisarlar


Ermənistan ordusunun sayı azaldılmağa başlandı.

“Qarabağdan Ermənistana gələn hərbçilərin bəziləri ilə müqavilə imzalanacaq, qalanlarınınkı isə, sadəcə, ləğv ediləcək..."
Bu barədə işğalçı ölkənin “Mediaport” telegram-kanalı xəbər verir.
Məlumata görə, Ermənistan ordusunun müqaviləli hərbi qulluqçularına əmək müqavilələrinin ləğvi barədə bildiriş göndərilib. Müdafiə Nazirliyi 8 yanvar tarixindən etibarən onlarla müqavilələrə xitam verdiyini və yeniləməyəcəyini bildirərək müqaviləli hərbi qulluqçuları xəbərdar edib.
“Qarabağdan Ermənistana gələn hərbçilərin bəziləri ilə müqavilə imzalanacaq, qalanlarınınkı isə, sadəcə, ləğv ediləcək. Buna əsasən, Ermənistan ordusunda hərbçilərin sayının azaldılacağını deyə bilərik”- xəbərdə belə deyilir.




Facebook'da Paylaş