Müharibə zamanı qanunsuz “hərbi birləşmə”nin 742 hərbi qullquçusu məhv edilib

30-09-2021, 12:42

Müharibə zamanı qanunsuz “hərbi birləşmə”nin 742 hərbi qullquçusu məhv edilib

Müharibə zamanı Qarabağdakı qanunsuz “hərbi birləşmə”nin 742 hərbi qullquçusu məhv edilib.

Ordum.az xəbər verir ki, bu barədə qondarma qurumun “nümayəndəsi” Sergey Qazaryan məlumat verib.

Onun sözlərinə görə, 44 günlük müharibə zamanı 45 hərbi qulluqçu itkin düşüb.

Qazaryan bildirib ki, müharibə nəticəsində 192 yaşayış məntəqəsi, 185 kənd və 5 şəhər Azərbaycanın nəzarəti altına keçib.

“Xüsusilə fəaliyyətdə olan 36 su elektrik stansiyasından yalnız 6-sı qalıb”, - deyə o qeyd edib.




Facebook'da Paylaş