Milli fəalın xəstəxanaya köçürülməsinə icazə verilmir

9-08-2022, 12:41

Milli fəalın xəstəxanaya köçürülməsinə icazə verilmir


Milli fəalın xəstəxanaya köçürülməsinə icazə verilmir

Ruzbeh Pirinin xəstəliyinin şiddətləndiyi bildirilir. Təbriz zindanının 12-ci bölməsində saxlanılan milli fəal Ruzbeh Pirinin xəstəliyinin şiddətlənməsinə baxmayaraq onun xəstəxanaya köçürülməsinə icazə verilmir. Mədə xəstəliyindən əziyyət çəkən Pirinin son günlər vəziyyəti pisləşdiyi üçün zindanın tibbi bölməsinə köçürülüb. Orada siyasi məhbusu müayinə edən həkimlər onun zindandan qıraqda müalicə olunması barədə rəy veriblər. Ancaq yazılı həkim rəyinə və arayışına baxmayaraq, zindan rəhbərliyi siyasi məhbusun yenidən saxlanıldığı bölməyə qaytarılmasına göstəriş verib.
İran zindanlarında normal müayinə və müalicə imkanları, dərman preparatları olmadığı üçün Ruzbeh Pirinin ailəsi dəfələrlə onun xəstəxanaya köçürülməsi ilə bağlı müraciət edib, ancaq nəticə ala bilməyiblər.
Qeyd edək ki, İslam Azad Universitetinin Təbriz filialını proqram təminatı ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirən Ruzbeh Piri fevralın 12-də saxlanılıb. İran hökumətinin təhlükəsizlik məmurları onun Təbrizdəki ata evinə basqın edib və fəalı özləri ilə aparıblar. Sonradan R.Pirinin bundan öncə “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə məhkum olunduğu 3 il 8 ay həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına köçürüldüyü bəlli olub.
“Təbriz” tələbə jurnalının baş redaktoru, Müstəqil Tələbələrin İslam Cəmiyyəti təşkilatının qurucularından biri və "Sultan Məhəmməd Fateh" kitabının tərcüməçisi olan Ruzbeh Piri bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs cəzasına məhkum edilib.
Cavidan




Facebook'da Paylaş