Biləsuvarda "Vətənin müdafiəsinə hazıram" adlı rayon birinciliyi keçirilib

12-10-2022, 14:58

Biləsuvarda "Vətənin müdafiəsinə hazıram" adlı rayon birinciliyi keçirilib

Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası günü münasibətilə “Vətənin müdafiəsinə hazıram" poliatlon çöxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

Ordum.az-ın məlumatına görə, yarışda 14 məktəb komandasından ümumilikdə 70 nəfər gənc iştirak edib. Yarış 4 növçülük (100 m və 2000 m. məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma) üzrə keçirilib.

Gərgin mübarizə şəraitində keçən yarışda Bağbanlar kənd tam orta məktəbin komandası birinci, Xırmandalı kənd 1 saylı tam orta məktəbin komandası ikinci və Zəhmətabad kənd tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.

Sonda qalib komandalar Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar. Qeyd edək ki, yarış Beynəlxalq Poliatlon Çöxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən keçirilib.




Facebook'da Paylaş