Murmanskda keçirilən sərgidə Azərbaycan təmsil olunub

6-11-2023, 14:16

Murmanskda keçirilən sərgidə Azərbaycan təmsil olunub

Noyabrın 4-də Murmansk vilayətində, Rusiya Federasiyasının müxtəlif xalqlarının sərgiləri olmuşdur. Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədri Afil Hüseynov və sədr müavini Mehdi Fəyyazlı Azərbaycan mədəniyyəti və tarixi haqqında ətraflı məlumat vermişlər.

“Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi” adından hamınızı “Rusiya birliyi günü” münasibətilə səmimi qəlbdən təbrik edirəm! Sizə uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayıram!” – deyə Afil Hüseynov çıxışında bildirmişdir.

Həmçinin dahi Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” adlı şeirini Mehdi Fəyyazlı Azərbaycan və rus dillərində səsləndirmişdir.




Facebook'da Paylaş