“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyi (DANİB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Bir ölər, min dirilərik" vətən uğrunda döyüşlərdə şücaət göstərmiş qəhrəmanların tanıdılması layihəsini həyata keçirib.
Layihənin məqsədi rəşadətli, müzəffər Azərbaycan Ordusunun ikinci Qarabağ müharibəsində göstərdiyi müstəsna igidlikləri, yazdığı qəhərəmanlıq dastanlarını yeniyetmə və gənc nəsilə ötürərək vətənpərvərlik ruhunu yüksəltməkdən və Azərbaycan həqiqətlərini, Qarabağ problemini, məkrli erməni siyasətinin iç üzünü ifşa etməkdən ibarətdir.
Layihənin icrası çərçivəsində işçi qrup yaradılıb, filmlərin hazırlanması üçün şəhidlərlə bağlı araşdırmalar aparılıb, buklet hazırlanıb və nəşr edilib. Həmçinin, Bakıda və Naxçıvanda çəkilişlər aparılaraq şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edən 3 film hazırlanıb.
Filmlərdə şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və dostları iştirak edib:
1-ci film: “Nur üzlü qəhrəman” (şəhid Nurəhməd Ulubəyov)
2-ci film: “Şəhidlik vurğunu” (şəhid Hüseyn Tağıyev)
3-cü film: “Zamana meydan oxuyan Zaman” (şəhid Zaman Məmmədov)