ABŞ və Britaniya müdafiə nazirlərinin müavinləri Ukraynaya yardımı razılaşdırıblar

9-11-2022, 09:28

ABŞ və Britaniya müdafiə nazirlərinin müavinləri Ukraynaya yardımı razılaşdırıblar

Amerika Birləşmiş Ştatları Böyük Britaniyanın Ukraynaya yardım göstərməsi ilə bağlı hərəkətlərini alqışlayır və gələcəkdə bu istiqamətdə əməkdaşlığı davam etdirməyə hazırdır.

Ordum.az Pentaqona istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Ketlin Xiks deyib.

"Nazir müavini Xiks Böyük Britaniya rəhbərliyinə verdiyi töhfəyə görə təşəkkür etdi və Ukraynanın gələcək ehtiyaclarını ödəmək üçün (London ilə) yaxından işləməyə davam edəcəyinə söz verdi", - Ketrin Xiks və Britaniya müdafiə nazirinin müavini David Uilyams arasında virtual görüşdən sonra verilən açıqlamada bildirilib.

Tərəflər həmçinin hər bir ölkənin müdafiə sənayesi imkanlarını, avqustda üçtərəfli tərəfdaşlığın (ABŞ, Böyük Britaniya və Avstraliya arasında saziş - red) statusu və üç tərəfdaş arasında əməkdaşlığın, məlumat mübadiləsinin dərinləşdirilməsi səyləri ilə bağlı məsələləri müzakirə ediblər.

Qeyd olunur ki, nazir müavinləri müdafiə və təhlükəsizlik sahəsində ABŞ-Britaniya münasibətlərini dərinləşdirməyə hazır olduqlarını bəyan ediblər.




Facebook'da Paylaş