MAQATE Ukraynadakı iki nüvə obyektini yoxlayacaq

28-10-2022, 09:00

[sup][/sup]MAQATE Ukraynadakı iki nüvə obyektini yoxlayacaq

“Bu həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri Ukraynada iki nüvə obyektinə baxış keçirəcək”.

Ordum.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi deyib.

Onun sözlərinə görə, agentliyin işçiləri Ukrayna hökumətinin Rusiyanın Kiyevin “çirkli bomba” hazırlaması ilə bağlı saxta iddialar səsləndirməsindən sonra verdiyi sorğuya cavab olaraq gələcək:

“Yoxlama tamamlandıqdan sonra biz nəticələri qiymətləndirəcəyik və tapıntıları standart təhlükəsizlik tədbirləri praktikasına uyğun olaraq bildirəcəyik. Bununla belə, MAQATE bu məsələnin maraq və aktuallığını nəzərə alaraq nəticələri öncə Rəhbərlər Şurasına, daha sonra isə dərhal ictimaiyyətə təqdim edəcək”.




Facebook'da Paylaş