Polşa Cənubi Koreyadan 300-ə yaxın raket artilleriya qurğusu alacaq

15-10-2022, 09:30

Polşa Cənubi Koreyadan 300-ə yaxın raket artilleriya qurğusu alacaq

Polşa Cənubi Koreyadan 300-ə yaxın "K239 Çunmoo" reaktiv yaylım atəş sistemlərinin alınmasına dair Seul ilə danışıqları başa çatdırıb.

Ordum.az "Defense news"a istinadən xəbər verir ki, müvafiq müqavilənin gələn həftə Polşa müdafiə naziri Mariuş Blaşakın Seula səfəri zamanı imzalanacağı gözlənilir.

Polşaya reaktiv yaylım atəş sistemlərinin ilk tədarüklərinin 2023-cü ildə baş tutacağı gözlənilir.

Gözlənilən sövdələşmənin dəyəri açıqlanmır.




Facebook'da Paylaş