Aİ Ukraynaya 500 milyon avroluq hərbi yardımı təsdiq edəcək

15-10-2022, 09:00

Aİ Ukraynaya 500 milyon avroluq hərbi yardımı təsdiq edəcək

Avropa İttifaqı (Aİ) oktyabrın 17-də Ukraynaya 500 milyon avroluq hərbi yardımın altıncı tranşını təsdiq edəcək.

Ordum.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının yüksək vəzifəli üzvü bildirib.

Tranşın Avropa Sülh Fondunun vəsaiti hesabına həyata keçiriləcəyi qeyd edilir.

Bu paketlə Aİ-nin Ukraynaya yardımı ümumilikdə 3,1 milyard avroya çatacaq. Əvvəlki tranşlarda olduğu kimi, silah tədarükü üzv dövlətlər tərəfindən təmin ediləcək. Yardım zamanı ukraynalıların ehtiyacları da nəzərə alınacaq.




Facebook'da Paylaş